CIES Musa Qurbanlıya 3 milyon 600 min avro qiymət qoydu

saytların hazırlanması

Evə çatdırılma

CIES Musa Qurbanlıya 3 milyon 600 min avro qiymət qoydu

İdman

30 Avqust 2023 12:58 497


Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yeni araşdırma aparıb. 

Yenisabah.az xəbər verir ki, araşdırmanın nəticəsi qurumun həftəlik nəşri və saytında yayımlanıb. Araşdırma nəticəsində 2002-ci ildə və daha sonra anadan olmuş, hələ TOP-klublarda çıxış etməmiş, lakin buna hazır olan dünya üzrə 100 gənc futbolçunun siyahısı hazırlanıb. 

Həmin 100 oyunçu arasında Azərbaycan milli komandasının iki üzvü də yer alıb. Bunlar "Sabah"ın qapıçısı Yusif İmanov (21 yaş) və hazırda İsveçin  “Yurqorden” klubunda çıxış edən hücumçu Musa Qurbanlıdır (21 yaş). 100 ballıq şkala üzrə İmanov 49,5, Qurbanlı isə 46 xal toplayıb.  Sezar pizza

Qurumun yazısında bildirilir ki, bu siyahı əsasən, skautlar üçün faydalıdır. Toplanmış məlumatların nəticələrinə əsasən, Musa 3 milyon 600 min avro, Yusif isə 700 min avro məbləğində qiymətləndirilib. 

Qeyd edək ki, siyahıda ilk üç yeri "Benfika"dan (Portuqaliya) Antonio Silva, "Şaxtyor"dan (Ukrayna) Georgi Sudakov və "San-Paulu"dan (Braziliya) Pablo Mayya tutur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!