“Çılpaq” gecədə iştirak edən Lolitanın ETİRAFI: “İndi döşəmə yuyuram” 

saytların hazırlanması

Evə çatdırılma

“Çılpaq” gecədə iştirak edən Lolitanın ETİRAFI: “İndi döşəmə yuyuram” 

Şou

29 Dekabr 2023 12:15 1002


“Oryol i reşka” səyahət verilişi ilə məşhurlaşan aparıcı və bloqer Nastya İvleyevanın təşkil etdiyi “çılpaq” tədbirdən sonra qalmaqallı gecənin bir çox qonaqları ciddi problemlərlə üzləşiblər. 

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, sözügedən məclisin iştirakçısı müğənni Lolita Milyavskayanın Yeni il tədbirlərindən adı çıxarılıb və konsertlərinin hamısı ləğv edilib.

Sosial şəbəkə hesabında 60 yaşlı sənətçi İvleyevanın məclisindən sonra nə etdiyini izləyicilərinə çatdırıb. Pepperoni pizza

Lolita paylaşdığı videoda işsiz qalaraq ev işləri ilə məşğul olduğunu deyib. O, döşəmə ağacı ilə şəklini çəkərək, nəhayət ki, mənzili təmizləyəcəyini bildirib.

“Nə vaxtdır mənzili təmizləmirəm. Mən təqaüdçüyəm və evdar qadın olmağa alışıram, indi döşəmə yuyuram”, - deyə Lolita vurğulayıb. 

Müğənni bir gecədə taleyinin kəskin şəkildə dəyişdiyini etiraf etsə də, ruhdan düşməməyə çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni sosial şəbəkə hesabında videomüraciət yayımlayaraq İvleyevanın “çılpaq” tədbirində bütün sərhədləri keçdiyini etiraf edib. Lolita hesab edir ki, o, qınağa layiqdir və indi Yeni il konsertlərindən kənarda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!