Çılpaq qadın heykəli görün niyə götürülüb:   “Azərbaycan müsəlman ölkəsi deyil”

saytların hazırlanması

Evə çatdırılma

Çılpaq qadın heykəli görün niyə götürülüb: “Azərbaycan müsəlman ölkəsi deyil”

Siyasət

11 Noyabr 2024 18:19 44708


Xəbər verdiyimiz kimi, Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı heykəli sökülüb. Sözügedən heykəllə bağlı yerli mətbuat və sosial şəbəkələrin Azərbaycan seqmentində çox sayda qınaq və tənqid səsləndirildi. Heykəlin niyə söküldüyü isə müəyyən suallar yaradır.

Bəzi vətəndaşlar müsəlman ölkəsində belə heykəlin qoyulmasının doğru olmadığını qeyd ediblər.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, heykəlin qaldırılması “müsəlman ölkəsi” anlayışı ilə əlaqəli deyil: Sezar pizza

“Bu, absurd yanaşmadır. Heykəlin həmin yerdə qoyulması estetik baxımdan düzgün deyildi. Onu hansısa qapalı salonda sərgiləmək daha doğru olardı. Bizdə sərgilərdə çılpaq qadın rəsmləri də sərgilənir. O baxımdan yerinin dəyişdirilməsi məqsədəuyğun sayılır.

Azərbaycan müsəlman ölkəsi deyil, dünyəvi dövlətdir. Çoxluq müsəlmanlığı qəbul etdiyi üçün Azərbaycanı müsəlman ölkə kimi təqdim etməyin özü də hüquqi-terminoloji olaraq doğru deyil. Ölkə şəriət qanunları ilə yox, konstitusiya, modern hüququn qanunları ilə idarə olunur. Bu terminlər qarışdırılmamalıdır”.

Heykəlin sərgiləndiyi Heydər Əliyev Mərkəzindən verilən rəsmi məlumata görə, sözügedən heykəlin ölkəmizdə 1 həftə müddətində sərgilənməsi nəzərdə tutulmuşdu. Həmin müddət tamamlandığından başqa ölkyə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəhruz
    Azərbaycan müsalman ölkəsidi əhalinin əsasını müsalmanlar təşkil etdiyinə ğörə, Allahin qoyduğu şeriyyətlə idarə olunmadiğina görə islam ölkəsi deyil.
    2 years ago
  • Insan
    Yuzde 50 den cox ibadet ehli olan yerdise ve ya Allaha sirksiz inanib her emrini qebul edirse muselman olkesi olar bes belemi veziyyet
    2 years ago
  • Bəxtiyar
    Allah belə musəlman olmayanlara bəla versin
    2 years ago
  • Emine
    Şerhler ne qederde gülüncdür. Teessüf edirem ki xalqımın yarısından çoxu Müselmanam sözünün ne demek olduğunu bele bilmeyecek qeder cahildir. Siz qul olmağa davam edin. Tek Tanrılıq yalanına inanırsınızsa demeli heqiqeten Quranı oxumamısınız))
    2 years ago
  • Əli
    Bəs bayrağında olan yaşıl rəng nəyin rəmzidir? Əgər deputat bayrağın mənaların bilmirsə,biz irəliləyişdən söhbət edə bilmərik
    2 years ago
  • Qabil
    Kimsə ölkə və dövlət anlayışlarını qarışdırır. Ölkənin hansı dinə mənsub olması onun vətəndaşlarının hansı dinə mənsub olduqları ilə ölçülür. Azərbaycan, təbii ki, müsəlman ölkəsidir, kimlərsə bunu qəbul etmək istəməsələr belə. Amma Azərbaycan dövləti dünyəvi dövlətdir. Dünyəvi ölkə deyilən bir anlayış yoxdur.
    2 years ago
  • Rəşad
    Deputatxanada bir bu deputata hörmətim var idi. Çünki özüdə ibadət əhlidir. Bu da belə danışırsa bunada hörmətim itdi.
    2 years ago
  • Lətifə
    Azərbaycan müsəlman, Şərq ölkəsidir, dünyavı dövlətdir
    2 years ago
  • Firudin
    Bir İtalyan var idi Ramazan ayında maqazinlərdə içki satıldığını gördü və dedi ki Azərbaycan müsəlman ölkəsi deyil. ,heç bir müsəlman ölkələri 1 ayı içki satmır
    2 years ago
  • Xəyal Azəri
    Fazil məllim düz deyir razıyam onnan
    2 years ago
  • Enver
    Niye Islam Emekdasliq Teskilatinda temsil oluruq ? Biz muselmanlar bunu istemirik, adimiza leke getirmeyin
    2 years ago
  • Üzeyir
    Bizim millət vəkilimizə baxda deyir Azərbaycan müsəlman ölkəsi deyil! Mən Fazil Mustafaya sual vermək istəyirəm, Fazil Mustafa siz hansı dinə qulluq edirsiz və dininiz hansıdır? Bəlkə unutmusunuz bayrağımızın yaşıl rəngi nəyi bildirdiyini? Çox heyif sizin kimilər bizim milli mənəvi dəyərlərimizi unutdurur, amma sizin kimilər nəqədər olsada bizim millətin milli mənəvi dəyərlərimizi əlimizdən ala bilməyəcəksiniz.
    2 years ago
  • Azman
    Bəs insanların inancını, fikirlərini, onların əxlaqını, mədəniyyətini, həyat tərzini heç bir razılıq olmadan altdan-altdan dəyişdirmək istəyənlər üçün konstitusiyanız niyə heç bir tədbir görmür, fazil? Bəs bizim əvvəldən gəlmə milli dəyərlərimizə nə oldu? Səni belə formada burda rahatlıqla ağızdolusu bu mövzuda danışmağa kim vadar edir? Heykəliniz də gəldiyi yerə qayıtsın və bir də geri gəlməsin. Heykəli də aparıb öz evində qapalı yerdə nümayiş etdirərsən. Bütün bunları nəzərə almadıqda onsuzda ölkədə yolunu azmışlar kifayət qədərdir, hələ də artırmağa cəhd edirsiz? Dünyada məcburi heç bir iş yoxdur, heykəldən imtina edilsəydi, o heykəli heç kim məcbur gətirib Bakıya çıxara bilməyəcəkdi.
    2 years ago
  • Ahmed
    Fazil Mustafa aparıb o heykeli Heyətində Quraşdırsin ! Hər günde Çıxıb baxsin
    2 years ago
  • Süleyman
    Azərbaycan Müsəlman ölkəsidir ama deyirsiz ki Azərbaycan Müsəlman ölkəsi deyil onda sizde müsəlman deyilsizdə. O çılpaq şəkil Bakının ortasında nə gəzir məndə olsam onun orda olmasını istəməzdim camaatın anası var bacısı var ailə uşaq gəzir o orda pis qarşılanır.
    2 years ago
  • ТАГИ
    Azərbaycan müsəlman ölkəsi deyilsə bəs niyə islam əməkdaşlıq təşkilatına üzv olmuşuq bəs niyə onda Azərbaycan bayrağında yaşıl rəng var ay ulduz var olabilər siz kafirsiniz amma Azərbaycan müsəlman ölkəsidir
    2 years ago
  • Seyran
    Bes bayraqdaki yaşıl rəng ?
    2 years ago
  • Bəhruz
    İslam rejimindən başqa bütün rejim məhv olacaq.
    2 years ago
  • Məmmədov Ramiz Alı oğlu.
    Azərbaycan müsəlman ölkəsidir! Çoxumuz müsəlmaçılığı qəbul edib yox, müləlmanıq. Fazil Mustafa ,,Uzaq Sahillərdə" filminin yaradıcı heyyəti kimi, deyəsən bizə müsəlman deməkdən hələ də çəkinir. Orada Visilin atasına deyir ki, o xiristian deyil, qardaşlıq dininə inanır.
    2 years ago
  • Ильхам
    Azərbaycan üçün utanc verici bir haldır. Həm də təhqirdir.
    2 years ago