“Çılpaq qadınları həmişə təhqir edirəm“   - Elza Seyidcahan

saytların hazırlanması

Evə çatdırılma

“Çılpaq qadınları həmişə təhqir edirəm“ - Elza Seyidcahan

Şou

25 Avqust 2020 14:40 1518


"Çox qadınlardan cəsarətliyəm. Qadınlar cəsarətli deyillər. Karantin günündə kimi itirsən, hamısını əməliyyat otaqlarında tapardın. Getdilər narkoz alıb, ora-buralarını kəsdirdilər. Botoks edib, üzlərini dəyişdirdilər. Elə bildilər 2 aya karantin bitəcək, indi də kökəlmə gəlib üstünə. Cəsarətli onlardır, yoxsa mən? Bir müğənni var ki, 30-50 dəfə əməliyyat etdirib".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gündən-günə" proqramında deyib. Sənətçi həmkarlarının karantin günündə plastik əməliyyat etdirməsindən bəhs edib.

Seyidcahan fərqli obrazlarına görə ona lağ edənlərə isə belə cavab verib: Pepperoni pizza

"Elza sənətdə hər şeyi etdi, bircə çılpaqlıqdan başqa. Ən böyük iyrənclik çılpaqlıqdır. Hər zaman deyilir ki, qadınlar, əzalarınızı gizlədin. Hər yerlərini açırlar. Mən onları təhqir edirəm. Burada tək müğənniləri yox, xanımları təhqir edirəm. Baxırlar mənə, deyirlər, buna bax ey. Obrazlarımı lağa qoyurlar. Özlərinə baxırsan baş, qaş, dırnaq qaynaq, qarın, sinə, dodaq, ayaq botoksdur. Məni gülüş mənbəyinə çevirir. Ağlamalı vəziyyətdəsiniz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!