Çimərliklərdə yeni QADAĞA niyə var?  -   Qayda pozsanız...

saytların hazırlanması

Evə çatdırılma

Çimərliklərdə yeni QADAĞA niyə var? - Qayda pozsanız...

Sosial

22 İyul 2025 12:03 7195


Daxili İşlər Nazirliyi çimərliklərlə bağlı yeni xəbərdarlıq yayıb. Qurumun rəsmi məlumatında bildirilir: “Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır.”

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov Yenisabah.az-a açıqlamasında bildirib ki, bu cür qadağalar insanların təhlükəsizliyi baxımından olduqca vacibdir:

“Çimərliklər insanların çox toplaşdığı ərazilərdir. Lakin bu zonalarda nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol nişanları və ya xüsusi infrastruktur demək olar ki, yoxdur. Bu isə qəza riskini artırır”. Marqarita pizza

Ekspertin sözlərinə görə, mövcud yol hərəkəti qaydalarına əsasən, şəhər kənarı yol olmadığı hallarda sürət həddi maksimum 20 km/saat olmalıdır:

“Çimərliklərdə tətbiq olunan bu məhdudiyyətlər insanların rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulub. Eyni zamanda, ictimai asayişin qorunmasına da xidmət edir”.

Rəvan Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!