Çimərliklərlə bağlı  qadağalar – DİN açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Çimərliklərlə bağlı  qadağalar – DİN açıqlama yaydı

Sosial

20 İyul 2025 11:52 958


Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır.

“Yeni Sabah” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Bu cür nəqliyyat vasitələrinin və heyvanların insanların sıx olduğu istirahət zonalarında hərəkəti qanunla qadağandır. Çünki belə hallarda uşaqların, yaşlıların və digər istirahət edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür. pizza hut

Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız.

İctimai asayişə və təhlükəsizliyə hər kəs məsuliyyətlə yanaşmalıdır. Unutmayaq ki, çimərlik istirahət üçündür, riskli hərəkətlər üçün deyil", - E.Hacıyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!