Çin ABŞ və Rusiya ilə nüvə danışıqlarından imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Çin ABŞ və Rusiya ilə nüvə danışıqlarından imtina etdi

Dünya

27 Avqust 2025 22:17 330


Çin rəsmi Vaşinqtonun Pekini nüvə arsenalının azaldılması üzrə danışıqlara cəlb etmək təklifini rədd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun jurnalistlərə bildirib ki, ölkəsinin ABŞ və Rusiya ilə üçtərəfli formatda danışıqlarda iştirakı nə ağlabatan, nə də realdır. pizza mizza

"Çin və ABŞ nüvə potensialı baxımından tamamilə fərqli səviyyələrdədir. Pekin öz qüvvələrini milli təhlükəsizlik üçün lazım olan minimum səviyyədə saxlayır və heç bir ölkə ilə silahlanma yarışında iştirak etmir", - diplomat izah edib.

O əlavə edib ki, nüvə tərksilahı üzrə əsas məsuliyyət ən böyük arsenallara malik olan dövlətlərin - ABŞ və Rusiyanın üzərinə düşür./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!