Çin Aya bayraq sancdı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Çin Aya bayraq sancdı - Fotolar

Maraqlı

05 Dekabr 2020 12:54 1067


Çin  “Çanye-5” missiyası çərçivəsində Ayın səthinə milli bayraq sancıb. 

Yenisabah.az xəbər verir ki, ÇXR bayrağını Yerin təbii peykinə dikən üçüncü ölkə olub. 

Bundan əvvəl oxşar missiyalar ABŞ və SSRİ tərəfindən uğurla başa çatıb.  pizza

Moderator.az xatırladır ki, Çində ilk dəfə Ayda milli bayraq nümayiş etdirilir. 3 dekabrda  “Çanye-5”  uçuş aparatı Sovet “Luna-24” zondunun 1976-cı ildə buna müvəffəq olduğu son 44 ildə ilk dəfə Yer peykinin səthini tərk edib. Həmin aparatın Aya  yumşaq enişi 1 dekabr tarixində baş verib.

“Çanye-5” aparatı Ay səthini qazıb. Dekabr ayının üçüncü həftəsində Yerə təxminən 2 kiloqram vulkanik mənşəli nümunə çatdırılmalıdır. Bu gün  yalnız ABŞ və SSRİ-nin sərəncamında Ay torpağı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!