“Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır”

saytların hazırlanması

Evə çatdırılma

“Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır”

Siyasət

23 May 2019 11:15 1025


Çinin Xarici İşlər naziri Van Yi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, nazir Prezident İlham Əliyevlə görüş zamanı Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtın gözəlliyinin dərin təəssürat bağışladığını deyib.

O bildirib ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Toyuqlu pizza

Van Yi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!