Koronavirusun mutasiyaya uğrayan yeni növü səbəbilə İngiltərəyə uçuşları dayandıran ölkələr sırasına Çin də daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin açıqlama verib. Məlumata görə, yaxın günlərdə Çin ciddi yoxlamadan sonra İngiltərədə qalan vətəndaşlarının ölkəyə qayıtmasına şərait yaradacaq.
Qeyd edək ki, bu gün İngiltərədə virusun daha bir mutasiyaya uğrayan növü aşkarlanıb. Marqarita pizza
Telegram kanalımız