Çin köhnə təyyarələri PUA-ya çevirir

saytların hazırlanması

Evə çatdırılma

Çin köhnə təyyarələri PUA-ya çevirir

Dünya

21 Oktyabr 2021 16:05 1336


Çin hökuməti 60-cı illərdə istehsal edilmiş və ən azı 10 il əvvəl istismardan çıxardığı "J-6" qırıcılarını pilotsuz təyyarəyə çevirərək yenidən cəbhəxanasına qaytarıb.

Yenisabah.az “Xinhua” dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, PUA-ya çevirilən "J-6" qırıcıları Tayvan Hərbi Hava Qüvvələrinin "F-16" qırıcılarının radar təsvirlərinə oxşardır.

Çin ordusu PUA-ların köməyi ilə Tayvanın hava hücumundan müdafiə sistemini yoxlamaq istəyir. Marqarita pizza

Xatırladaq ki, son günlər Çin hökuməti və Tayvan arasında gərginlik səngimək bilmir.

Tayvan rəsmiləri Çinin 2025-ci ilə qədər adanı işğal edəcəyini iddia edir.

Çin lideri Zi Zinpin bildirib ki, Çin sülh yolu ilə Tayvanla birləşmək istəyir, lakin buna mane olan qüvvələr var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!