Çinin Milli Səhiyyə Komissiyası son 24 saatda ölkədə cəmi 46 insanın koronavirusa yoluxduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, açıqlamada onlardan 34-nün xaricdən gələn şəxslər olduğu bildirilib. Ölkə daxilində aşkarlanan 12 nəfərin isə fərqli bölgələrdən olduğu müəyyənləşib.
Belə ki, virus daşıyıcısı olan 5 nəfər Quanqdonqa, 4-ü Heylonqsianq, 3-ü isə Pekində yaşayır. Bildirək ki, ölkə son sutka ərzində 76 nəfər virusa qalib gəlib və yeni itki baş verməyib. pizza sifarişi
Qeyd edək ki, ümumilikdə 82 min 341 nəfər COVİD-19 daşıyıcısı kimi qeydə alınıb, 77 min 892 nəfər müalicə alaraq sağalıb. 95 nəfərin vəziyyəti ağırdır, 1107 nəfərin müalicəsi davam edir. 3 min 342 nəfər isə həyatını itirib.
Sayad Həsənli
Telegram kanalımız