Çin Futbol Federasiyası koronavirus səbəbi ilə təxirə salınan ölkə çempionatının davam etdirilməsinə qərar verib.
Yenisabah.az xəbər verir ki, buna səbəb yoluxma hallarının getdikcə azalması və ölkədəki vəziyyətin stabilləşməsidir.
Qərara əsasən çempionat aprelin 18-dən etibarən yenidən başlayacaq. Çempionata Tsindao Haynyu - Şitszyajuan Ever Brayt qarşılaşması ilə start veriləcək. Sezar pizza
Xatırladaq ki, koronavirusdan öncə təqvimə əsasən, Çin çempionatı 22 fevralda başlamalı idi.
Telegram kanalımız