Çinin Türkiyədəki səfirliyinin müşaviri Çenq Vayua verdiyi açıqlamalarla gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki məşhur diplomat Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın koronavirusa yoluxma halını müəyyənləşdirmək üçün istifadə olunan testlərin Çindən alınmadığına dair xəbərləri təkzib edib. Çenq Vayua deyib ki, Türkiyə hər gün Çindən çoxlu sayda test alır.
Diplomat ölkəsinin koronavirusdan ölənlərin sayını gizlətdiyinə dair iddialara da münasibət bildirib: “Bu xəbərlərin əsası yoxdur. İndiyə qədər Amerika və Avropa hər sahədə bizdən üstünüydü. Onlar imtahandan 80-90 alanda biz 60 alırdıq. Amma indi Çin onlardan üstündür. Bu dəfə imtahandan 90 aldığımzı üçün bizə inanmırlar”. pizza sifarişi
Telegram kanalımız