Çin koronavirusu 2002-ci ildə yaratmağa başlayıb   - İddia

saytların hazırlanması

Evə çatdırılma

Çin koronavirusu 2002-ci ildə yaratmağa başlayıb - İddia

Sosial

10 Aprel 2020 16:05 732


Çinin Vuhan vilayətində meydana gəlib, dünyada 1.6 milyon insanın yoluxduğu koronavirus infeksiyası can almağa davam edir. 

Yenisabah.az xəbər verir ki, dekabr ayının sonlarında dəniz məhsullarının satıldığı bir bazarda meydana gəldiyi düşünülən virus haqqında nəzəriyyələr irəli sürülməsi davam edir. Xəstəliyin geniş yayıldığı İngiltərədə virusla bağlı nəzəriyyələrə mətbuatda daha geniş yer verilir. 

"Daily Mail" qəzetində Vuhan Virusologiya İnstitutunun şəkilləri göstərilərək yazılıb ki, nəzəriyyəçilər virusun buradan meydana gəldiyini iddia edirlər. Sözügedən xəbərdə sirli adlandırılan mərkəzin 2002-ci ildə ortaya çıxan SARS böhranından sonra qurulduğu qeyd edilib. Virusun institutda yaradılmasa da, nəzəriyyəçilər buradan yayıldığını iddia edirlər.  Dominos pizza

Qeyd edək ki, işçilərin astronavt paltarlarına bənzəyən qoruyucularla daxil olduğu obyektdə 1500-dən çox ölümcül patogenin müayinə edildiyi bildirilir. 

Xatırladaq ki, institutun Direktoru Şi Zenqli fevral ayında verdiyi açıqlamada iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi. 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!