Çinin İsraildəki səfirliyi İrana raket istehsalı avadanlıqları və ya hava hücumundan müdafiə sistemləri ötürməsi ilə bağlı xəbəri təkzib edib.
Yenisabah.az hume-yə istinadla xəbər verir ki, diplomatik missiya Çin heç vaxt müharibədə iştirak edən ölkələrə silah ixrac etməyəcəyini bildirib.
"Səfirlik bu məlumatların məzmununu yanlış hesab edir. Prinsipcə, Çin kütləvi qırğın silahlarının və onların çatdırılma sistemlərinin yayılmasının qəti əleyhinədir və kütləvi qırğın silahlarının yayılmaması sahəsində özünün tətbiq imkanlarını davamlı olaraq gücləndirir. pizza
Rəsmi Pekin heç vaxt müharibə aparan ölkələrə silah ixrac etmir və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi hərbi təyinatlı malların ixracına ehtiyatlı və məsuliyyətli yanaşır".
Telegram kanalımız