Çin şirkəti iki təyyarəni İran neftinə dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Çin şirkəti iki təyyarəni İran neftinə dəyişdi

Dünya

25 May 2025 18:59 324


İran Çinin "Haokun Energy" şirkətindən barter müqaviləsi ilə aldığı iki "Airbus A330" təyyarəsini hava donanmasına əlavə edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı ILNA agentliyinə istinadla xəbər yayıb.

Bildirilir ki, hər bir təyyarənin qiyməti 30 milyon dollardan az olub. Ümumi sövdələşmənin dəyəri isə İran nefti ilə təxminən 116 milyon dollar təşkil edib. Marqarita pizza

Saziş İranın keçmiş prezidenti İbrahim Rəisinin administrasiyası dövründə bağlanıb. Bu barədə aprel ayında keçmiş yol və şəhərsalma naziri Mehrdas Bəzrpaş məlumat verib.

Qeyd edək ki, barter sövdələşmələri İrana təyyarə və komponentlərin tədarükünü məhdudlaşdıran beynəlxalq sanksiyalardan yayınmağın yollarından birinə çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!