Çin TikTok-u ABŞ-yə satmaq imtina edib

saytların hazırlanması

Evə çatdırılma

Çin TikTok-u ABŞ-yə satmaq imtina edib

Dünya

09 Aprel 2025 17:17 260


Çin hakimiyyəti bəyan edib ki, "TikTok"un satışı ilə bağlı hər hansı bir razılaşma və ya şirkətə dair digər kommersiya təklifləri yerli qanunvericiliyə uyğun olmalıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada deyilir.

"Konkret kommersiya razılaşmaları Çin qanunlarına, o cümlədən texnologiya ixracı ilə bağlı qanunvericiliyə uyğun olmalı, müvafiq olaraq Çin hökuməti tərəfindən nəzərdən keçirilib təsdiq edilməlidir", – deyə Ticarət Nazirliyi bildirib. Dördpendirli pizza

Nazirlik əlavə edib ki, Pekin bazar iqtisadiyyatı qanunlarını nəzərə almadan edilən təzyiqlərə, habelə şirkətlərin qanuni hüquq və maraqlarına zərər vuran və şantaja bənzər təcrübələrə qarşıdır.

Bu arada, ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib ki, TikTok-un ABŞ-də satışı ilə bağlı razılaşma, Amerika administrasiyası tərəfindən tətbiq olunan ticarət rüsumlarına görə baş tutmayıb.

4 aprel tarixində Tramp TikTok-un ölkədə fəaliyyətinin 75 gün müddətinə uzadılması qərarını verib. Ağ Evin rəhbəri qeyd edib ki, administrasiyası TikTok-u xilas etmək üçün razılaşma üzərində çox çalışıb və böyük irəliləyiş əldə edilib. Onun sözlərinə görə, bu uzadılma bütün "təsdiqlərin" imzalanmasını təmin etmək üçün zəruridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!