“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev vəzifəli şəxslərin vətəndaşlara qarşı şantaj xarakterli əməllərinin Cinayət Məcəlləsinin 310-cu maddəsinə (Vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərini mənimsəməsi) uyğun şəkildə cəzalandırıldığını, vətəndaşa vurulan mənəvi zərərin də nəzərə alındığını bildirib.
“Yeni Sabah” “Yenicag.az”-a istinadən xəbər verir ki, Əliməmməd Nuriyev son zamanlar sosial şəbəkələrdə şantaj hallarının artmasına və bu vəziyyətdə qanunvericiliyin nə dərəcədə təsirli olduğuna münasibət bildirib:
“Bu halda 1500 manatdan 3000 manata qədər cərimə, 240 saatdan 400 saata qədər müddətdə ictimai işlər, 2 ilə qədər müddətə islah işləri və ya 3 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bununla belə, şantaj və şəxsi məlumatların yayılması kimi əməllərə görə Cinayət Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi, hətta xüsusi maddənin əlavə olunmasına ehtiyac var. Çünki bu hallar bir sıra hallarda ailələrin dağılmasına, qətillərin baş verməsinə gətirib çıxara bilər”. pizza sifarişi
Azərbaycan kimi spesifik ölkələrdə xüsusilə, qızların bəzən valideyinlərindən qorxaraq, şantaj hallarını gizlətmələrini mənfi hal kimi qiymətləndirən hüquqşünas praktikada belə halların tez-tez yaşandığını və nəticələrinin ağır olduğunu deyib:
“Belə hallar baş verdiyi zaman dərhal 102-ə zəng edərək, şikayəti bildirmək vacibdir. Bu tip hallar heç bir ailə üçün xoş deyil. Düşünürəm ki, bu sahədə profilaktik tədbirlər görülməli və genişmiqyaslı maarifçilik fəaliyyəti həyata keçirilməlidir”.
Telegram kanalımız