Cinayət Məcəlləsini sərtləşdirmək çağırışı: “Bəzən “şəhid” ifadəsi əsassız istifadə olunur”

saytların hazırlanması

Evə çatdırılma

Cinayət Məcəlləsini sərtləşdirmək çağırışı: “Bəzən “şəhid” ifadəsi əsassız istifadə olunur”

Sosial

19 Avqust 2025 11:30 1061


"Mövcud boşluğu aradan qaldırmaq üçün bir sıra istiqamətdə təkliflər nəzərə alına bilər. İlk növbədə, Cinayət Məcəlləsinin 245-ci maddəsinin təkmilləşdirilməsi, yəni şəhid məzarlarının təhqir edilməsi ayrıca ağırlaşdırıcı hal kimi göstərilməlidir". 

Bu sözləri "Yeni Sabah"a “Konstitusiya Araşdırmaları Fondu"nun prezidenti Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsində işəhid məzarlarına qarşı ayrı-ayrı maddələr, ağırlaşdırılmış məsuliyyət nəzərdə tutulmayıb: Toyuqlu pizza

“Ölkəmizə turist kimi gələn bəzi şəxslər bir çox hallarda Azərbaycanın atributlarına, mədəniyyət abidələrinə münasibətdə düzgün davranış modeli seçmirlər. Bu şəxslərin hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsinin tərkibi var.

245-ci maddə "Qəbir üzərində təhqiredici hərəkətlər" başlığı ilə belə hallarla bağlı cinayət məsuliyyəti yaradır. Bu müddəa ümumilikdə qəbristanlıqların, qəbir daşlarının və digər dəfn yerlərinin təhqir edilməsini nəzərdə tutur. Yəni şəhid məzarları ilə yanaşı, digər şəxslərin məzarlarına qarşı da təhqiramiz hərəkət, yaxud hörmətsizlik xarakteri daşıyan addım cinayət əməli sayılır.

Bununla yanaşı, şəhid məzarları xüsusi simvolik məna daşıdığından ictimai şüurda və milli dəyərlər sistemində digər məzarlardan fərqli, müqəddəs statusa malikdir. Cinayət Məcəlləsində isə şəhid məzarlarına qarşı ayrı-ayrı maddələr, ağırlaşdırılmış məsuliyyət nəzərdə tutulmayıb. Yəni şəhid məzarına qarşı edilmiş təhqiramiz hərəkət mövcud qanunvericilikdə ağırlaşdırıcı hal hesab olunmur. Məhz buna görə cəmiyyətin müxtəlif təbəqələrində belə bir ehtiyacın olması ilə bağlı vaxtaşırı müzakirələr aparılır.

Şəhid məzarının üzərində edilən hərəkətlər təkcə mərhumun xatirəsinə hörmətsizlik deyil, həm də dövlətin müstəqilliyi, suverenliyi, xalqın milli yaddaşına qarşı təhqir hesab olunur. Bu baxımdan, şəhid məzarı ilə adi məzara qarşı edilən qeyri-etik hərəkət arasında ictimai təhlükəlilik dərəcəsi nöqteyi-nəzərindən ciddi fərq var. Şəhid məzarları ilə əlaqədar, 245-ci maddəyə əlavə bənd kimi, əlavələr etmək olar”.

Əliməmməd Nuriyeev qeyd edib ki, Azərbaycan qanunvericiliyində şəhid statusunun yalnız dövlət tərəfindən müəyyən edilmiş meyarlara görə verilir:

“Azərbaycan qanunvericiliyində, şəhid adının əbədiləşdirilməsi qanunu mövcuddur. Həmin qanunun əsasən, şəhid statusu yalnız dövlət tərəfindən müəyyən edilmiş meyarlara görə verilir. Bu status hərbi əməliyyatlarda, vətənin müdafiəsi zamanı, dövlət və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərə şamil olunur.

Bu, şəhidlər üçün rəsmi-hüquqi statusdur və aidiyyəti dövlət orqanlarının qərarı ilə rəsmiləşir. Çox təəssüf ki, bəzən "şəhid" ifadəsinin əsassız istifadəsinə rast gəlirik. Müəyyən hallarda, vətəndaşlar öz təşəbbüsü ilə təbii fəlakətlər, yol qəzaları və digər faciələrdə həlak olmuş şəxslərin məzarında “şəhid” ifadəsini yazıdırırlar. Hüquqi baxımdan, bu, statusun saxtalaşdırılması mənasına da gələ bilər. Çünki şəhid statusu yalnız qanunla müəyyən edilmiş hallarda verilir. Əks halda, çaşqınlıq yaradır və dövlətin qəbul etdiyi statusa qarşı hörmətsizlik formalaşdırır.

Qanunvericilikdə bu məsələ ilə bağlı konkret məsuliyyət norması nəzərdə tutulmayıb. İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər formasında şəhid statusunun əssasız surətdə təhrif edilməsi ayrıca məsuliyyət predimeti kimi müəyyən edilə bilər. Bu, həm də şəhid adının qorunması, ondan sui-istifadənin qarşısının alınması üçün vacibdir.

Mövcud boşluğu aradan qaldırmaq üçün, bir sıra istiqamətdə təkliflər nəzərə alına bilər. İlk növbədə, Cinayət Məcəlləsinin 245-ci maddəsinin təkmilləşdirilməsi, şəhid məzarlarının təhqir edilməsi ayrıca ağırlaşdırıcı hal kimi göstərilməlidir. İkincisi, şəhid statusundan sui-istifadə ilə bağlı məsuliyyətin müəyyən edilməlidir. Yalnız dövlət orqanı tərəfindən verilmiş status əsasında bu ifadədən istifadə edilməsinə icazə verilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əsədov İntiqam
    1987- ci ildə Gürcüstanda sel zamanı sovet ordusunda xidməti vaxtı suya düşüb ölən şəxsin şəkili Azərbaycan ərazisinin müdafiəsi zamanı döyüşdə Şəhid olanlarla bir sıraya ,həm da 18 güllə yarsından Şəhid olan şəxsdən yuxarı vurulub .Bu nə dərəcədə düzgündü ?
    9 months ago
  • Əsədov İntiqam
    1987- ci ildə Gürcüstanda sel zamanı sovet ordusunda xidməti vaxtı suya düşüb ölən şəxsin şəkili Azərbaycan ərazisinin müdafiəsi zamanı döyüşdə Şəhid olanlarla bir sıraya ,həm da 18 güllə yarsından Şəhid olan şəxsdən yuxarı vurulub .Bu nə dərəcədə düzgündü ?
    9 months ago