Cinayət törədən 49 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Cinayət törədən 49 nəfər saxlanılıb

Kriminal

25 Aprel 2019 16:07 870


Aprelin 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. pizza sifarişi

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!