Çində ay yarım sonra koronavirusdan ilk ölüm faktı qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Çində ay yarım sonra koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Dünya

02 İyun 2020 12:17 946


Çinin Vuhan vilayətində 4 ay koronavirusla mübarizə aparan həkim COVID-19 səbəbilə ölüb. 

Yenisabah.az xəbər verir ki, həkim Hyu Veyfenq çalışdığı Vuhan Mərkəzi Xəstəxanasında müalicə alıb. Onun ölümü sabahdan etibarən rəsmi statistikaya daxil ediləcək. 

Bildirək ki, Çində aprelin 17-dən bəri koronavirus səbəbli ölüm hadisəsi baş verməyib. Çinin Milli Səhiyyə Komissiyasından verilən məlumata görə, Çində bugünədək 83 min 22 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb, 4 min 634 nəfər isə virus səbəbilə ölüb. Virus daşıyıcılarından 78 min 315 nəfər müalicə alaraq sağalıb, 73 xəstə isə hazırda müalicəni davam etdirir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!