Çində daha bir təhlükəli epidemiya yayılır

saytların hazırlanması

Evə çatdırılma

Çində daha bir təhlükəli epidemiya yayılır

Dünya

08 Avqust 2020 07:53 1055


Çinin şimalındakı Daxili Monqol Muxtar Vilayətinin Bayan-Nur şəhərinin yerli hakimiyyət orqanları vəba xəstəliyindən daha bir ölümün baş verdiyini bildiriblər.

Bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi bildirib. Bəyanatda bildirilir ki, şəhərdə 2020-ci ilin sonuna kimi epidemiologiya təhlükəsinə yüksəldilmiş (3-cü) reaksiya səviyyəsi tətbiq edilib.

Avqustun 6-da Daxili Monqolustan administrasiyası Baotou şəhərində bir insanın bağırsaq taunu formasından ölümü haqqında məlumat verib. Xəstəliyin yayılmasının qarşısını almamaq üçün həkimlər vəbaya yoluxmuş şəxslə əlaqədə olmuş onlarla sakini təcrid ediblər. Dominos pizza

Qeyd edək ki, epidemiologiyaya nəzarət orqanları vaxtaşırı Çin Xalq Respublikasının şimalında, həmçinin qonşu Monqolustanda çöl zonasında taun xəstəliyinə yoluxma hallarını qeydə alır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!