Çində insanlar küçələrə axışdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Çində insanlar küçələrə axışdı - Foto

Dünya

06 Aprel 2020 19:58 935


Çinin Uhan şəhərində koronavirus yayıldıqdan sonra ölkə tətbiq olunan qadağalarla epidemiyaya nəzarət edə bildi.

Yenisabah.az xəbər verir ki, karantin və səyahət qadağaları azaldıqdan sonra minlərlə insan görməli yerlərə axın edib.

Anhui əyalətində Huanqşan dağ parkında maskalı insanların böyük izdihamı yaşanıb. pizza sifarişi

Şəkillərin sosial mediada yayımlanmasından sonra Kommunist Partiyası insanlara xəbərdarlıq edib.

Park rəhbərliyi artıq ziyarətçiləri qəbul etməyəcəyini açıqlayıb.

Şanxayda bir çox restoranlarda yalnız rezervasiya edənlər qəbul edilib. Oxşar hadisələr paytaxt Pekində də baş verib. Şəhər sakinləri parklara və açıq yerlərə axışıb.

Qeyd edək ki, Çində son 24 saatda cəmi iki nəfər koronavirusdan ölüb. İndiyə qədər koronavirusa 81 708 nəfər yoluxub. COVID-19 ölkədə, ümumilikdə, 3331 nəfərin həyatına son qoyub. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!