“Çində koronavirus infeksiyasının ikinci dalğasının başlanacağı ehtimalı çox azdır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Çinin aparıcı epidemioloqu Çjun Nanşan “People Daily” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə,Çin koronavirus pandemiyasına qarşı sərt mübarizə aparır. Hətta fərdi yaşayış sahələrində belə, mübarizə tədbirləri görülür. “Hansısa şəxsin hərarəti yüksələn xətt üzrə inkişaf edirsə, dərhal müayinə olunur və təcrid edilir” deyən epidemioloq hesab edir ki, bu tədbilər koronavirusun yeni dalğasının başlanacağı ehtimalını azaldır. Dominos pizza
Telegram kanalımız