“Çində nə virus var, nə də virusdan ölən...“

saytların hazırlanması

Evə çatdırılma

“Çində nə virus var, nə də virusdan ölən...“

Dünya

20 May 2021 12:05 1571


“Myanmarda fevralın əvvəlindəki hərbi çevrilişdən sonra bu ölkədə vəziyyət gərgin olaraq qalır. Generallar hakimiyyəti siyasətçilərə qaytarmaq fikrində deyillər. Aparılan danışıqlar nəticə vermir, generallara boyun əyməyənlər təqib olunur. Böyük dövlətlərin Myanmardakı genaralları yola gətirmək təşəbbüslərinin də nəticəsi yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, generalların dəstək aldıqları iki dövlət də bəllidir-Çin və Rusiya:

“Bu iki dövləti Myanmarda hakimiyyətin yenidən siyasətçilərə qaytarılması maraqlandırmır. Rusiya Myanmara daha çox silah satmaq, Çin idə Myanmarı Qərbdən uzaq tutmaq barədə düşünür. Sezar pizza

Bu arada, Myanmarı tərk edənlərin sayı artır. Misal üçün Hindistanda sığınacaq tapan Myanmar sakinlərinin sayı 15 min nəfəri ötüb. Təkcə aprel ayında Myanmardan Hindistana qaçanların sayı 2 min nəfərə yaxın olub. Hindistan rəsmiləri bildirirlər ki, Myanmarı tərk edərək Hindistana sığınanların sayı durmadan artır. Gələnləri ərzaqla təmin etmək və tibbi ehtiyaclarını ödəmək asan deyil. Hindistanda pandemiya geniş yayılıb. Məlum olub ki, Myanmardan gələnlərin də bir qismi özləri ilə virusu gətirirlər. Yəni problemin üzərinə başqa problem gəlib”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Hindistandan fərqli olaraq Myanmardan Çinə qaçan yoxdur:

“Bunun sadə səbəbi var. Myanmarda hərbi çevrilişi həyata keçirən generalların arxasında məhz Çinin dayanmasına dair ciddi şübhələr var. Odur ki, hərbi çevrilişə qarşı çıxan insanlar sığınacaq yeri kimi Çini seçməzlər.  Hindistana gəldikdə virusla mübarizədə xəstə sayının artmasının qaşısı nisbətən alınsa da, bu ölkədə virusun fərqli növləri tapılmaqdadır. Virusun yeni növlərinin başqa ölkələrə də yayılmaması üçün Hindistanın hərtərəfli dəstəyə ehtiyacı var. Hindistandakı xəstəxanalarda oksigen çatışmazlığı mövcuddur. Birinci növbədə bu problemin aradan qaldırılması vacibdir.

Alimlər hesab edirlər ki, bu gün Hindistana yardım etməklə bəşəriyyəti problemdən qurtarmaq olar. Çünki Hindistanda virusun müxtəlif növlərinin yayılması başqa dövlətlərə də keçə bilər. Dünyanın müxtəlif ölkələrində hindlilər yaşayır və çalışırlar. Çindən də virus Avropaya eyni üsulla keçmişdi. Avropa ölkələri Çinin ucuz işçi qüvvəsindən istifadə edərkən virusun yayılmasının qarşısını ala bilmədilər. Nəticədə Çinin Vuhan şəhərində ilk qeydə qalınan virus daha sonra Avropaya sıçradı. Bu gün Vuhanda nə virus var, nə də virusdan Çində ölən, Avropada isə həm virus var, həm də ölənlərin gündəlik sayı minlərlərdir. Ona görə də bəşəriyyət eyni səhvi təkrarlamaq istəmir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Hindistanın Çindən fərqi odur ki, Dehli virus və onun yeni növləri barədə ölkələri və beynəlxalq təşkilatları məlumatlandırır ki, birgə səylərlə problemi həll edə bilsinlər:

“Pekin isə virus və onun yayılması gücü barədə məlumatları ilk aylarda gizlətdi ki, bunun ağır nəticəsi bütün ölkələr öz üzərlərində bugünə qədər hiss edirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!