Çində quş qripi insana yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Çində quş qripi insana yoluxdu

Dünya

01 İyun 2021 21:06 1401


Çində quş qripi virusu H10N3 insana yoluxub.

“RİA Novosti” Çinin Dövlət Sağlamlıq Komitəsinə istinadən məlumat verir ki, hadisə Çzyansu əyalətində qeydə alınıb.

Belə ki, 23 apreldə 41 yaşlı kişidə qızdırma və digər simptomlar görülməyə başlayıb. 28 aprel tarixində xəstənin vəziyyəti pisləşib və o, yerli xəstəxanaya yerləşdirilib. Pepperoni pizza

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstədən götürülən nümunəyə əsasən onda H10N3 virusunu aşkar edib.

Qeyd edilir ki, virus quş mənşəli olsa da, onun insanları yoluxdurma  “effektivliyi” yoxdur.

Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarəti altına alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib. Hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir və xəstəxanadan buraxıla bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!