Çində sabiq nazir edam cəzasına məhkum edildi

saytların hazırlanması

Evə çatdırılma

Çində sabiq nazir edam cəzasına məhkum edildi

Dünya

28 Sentyabr 2025 21:49 359


Çinin keçmiş kənd təsərrüfatı naziri Tan Jentszyan rüşvətxorluğa görə iki il möhlət verilməklə edam cəzasına məhkum edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qərar Çinin şimal-şərqindəki Jilin əyalətinin Çançun şəhərinin Xalq Məhkəməsi tərəfindən verilib. pizza sifarişi

Tan ömürlük siyasi hüquqlardan məhrum edilib. Onun bütün şəxsi əmlakı, eləcə də hər hansı qanunsuz gəliri dövlət tərəfindən müsadirə olunacaq.

Müəyyən edilib ki, sabiq nazir 2007-2024-cü illərdə həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrdə çalışaraq, təşkilatlara və şəxslərə biznes əməliyyatları, müqavilələr, kadr siyasəti kimi məsələlərdə köməklik göstərmək müqabilində rüşvət alıb. Rüşvətlərin ümumi məbləği 268 milyon yuanı (təxminən 38 milyon dollar) ötüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!