Çində yeni koronavirus aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Çində yeni koronavirus aşkarlanıb

Dünya

21 Fevral 2025 10:00 202


Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.

Yenisabah.az  xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. 

Nəşr qeyd edir ki, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.  Nəşr vurğulayır ki, Çin  Elmlər Akademiyasının Quançjou filialı, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri Quançjou laboratoriyasında araşdırma aparıblar. pizza mizza

Viroloqlar qeyd edirlər ki, yarasa nümunələrindən təcrid olunmuş yeni virus insan hüceyrələrinə yoluxa bilər.

Alimlər hələlik panikaya səbəb olmadığını deyirlər. HKU5-CoV-2-nin insanlarda ortaya çıxma riskini şişirtmək olmaz, lakin daha ətraflı araşdırmaya ehtiyac var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!