Çində yeni virus: Bir həftə ərzində 1300-dən çox yoluxma

saytların hazırlanması

Evə çatdırılma

Çində yeni virus: Bir həftə ərzində 1300-dən çox yoluxma

Dünya

10 Avqust 2025 11:50 430


Çinin Quandun əyalətində bir həftə ərzində çikunqunya virusuna 1 387 yeni yoluxma halı aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzin avqustun 3-dən 9-dək olan dövr üçün hesabatında bildirilib.

Yoluxanların çoxu (1 212) xəstəliyin mərkəzi olan Foşan şəhərində müəyyən edilib. Dominos pizza

Bölgədə gücləndirilmiş profilaktik tədbirlər görülür, virus daşıyan ağcaqanadların məqsədyönlü şəkildə məhv edilməsi davam etdirilir.

Qeyd edək ki, çikunqunya virusu iyulun əvvəlində Quandun əyalətində ağcaqanadların çoxalmasına şərait yaradan isti və rütubətli havaya görə yayılmağa başlayıb.

Çinin cənubunda aşkarlanan qızdırma hallarının ümumi sayı 8 mini keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!