Çində yeni virus peyda oldu - Artıq 1 nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

Çində yeni virus peyda oldu - Artıq 1 nəfər ölüb

Dünya

24 Mart 2020 15:00 1107


Koronavirusdan yenicə xilas olmağa başlayan Çində bu dəfə də hantavirus can alıb.

Yenisabah.az bildirir ki, bu barədə "Global Times" məlumat yayıb.

Məlumata görə, Çinin Yunnan əyalətindən Şandonq vilayətinə qayıdan 1 nəfər yolda ölüb. Hadisə bazarertəsi günü baş verib. Həmin şəxsin hantavirus testinin nəticəsi müsbət çıxıb. Onunla eyni avtobusda olan digər 32 nəfər də test edilib. Ancaq onların vəziyyəti barədə məlumat paylaşılmayıb. pizza sifarişi

Qeyd edək ki, bu virusun adı ilk dəfə üzə çıxdığı yer olan Cənubi Koreyadakı Hantaan çayından götürülüb. Əsasən Cənubi Amerika qitəsində rast gəlinən virus insana gəmiricilərdən yoluxur. Xəstəliyin bəzi simptomları koronavirus ilə oxşarlıq təşkil edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!