Çindən azərbaycanlı tələbəyə xəbərdarlıq: “Bura dönsəniz cərimələnəcəksiz”

saytların hazırlanması

Evə çatdırılma

Çindən azərbaycanlı tələbəyə xəbərdarlıq: “Bura dönsəniz cərimələnəcəksiz”

Sosial

30 Yanvar 2020 05:30 3608


Çinin ali məktəbləri bu ölkədə təhsil alan xarici tələbələrin geri qayıtmasını qeyri-müəyyən müddətə təxirə salıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Report”a ÇXR-in Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan Ülkər Eldarqızı məlumat verib.

Xalq Respublikası yaz semestrindən əvvəl ölkələrinə dönən tələbələrinə rəsmi məktubla müraciət edib. Dominos pizza

Azərbaycanlı magistr bildirib ki, təhsil aldığı universitet ona iki rəsmi məktub göndərib. Məktublar yaz semestrinin qeyri-müəyyən vaxta təxirə salındığı və Çinə gəlməməklə bağlı olub:

“Artıq ikinci məktubu da göndərdilər. Hər gün bizimlə əlaqə saxlayırlar. Bildirirlər ki, virusla bağlı yaz semestrinin nə vaxt başlayacağı məlum deyil. Yəni onlar deyənə kimi Çinə dönməməliyik”.

Tələbələrə göndərilən məktubda qeyd edilib ki, müəllimlərdən və ya tələbələrdən kimsə vaxtından əvvəl dönərsə, cərimə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!