Qazaxıstanda xarici işlər naziri Murat Nurtleu saxlanılıb.
Yenisabah.az orda-ya istinadla xəbər verir ki, diplomatın Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etdikdən sonra vətəninə qayıdarkən evində saxlandığı qeyd edilir.
Nurtleudan başqa, evində axtarış aparılan iş adamı Hacı Hacıyev, eləcə də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək rütbəli əməkdaşları saxlanılıb. Toyuqlu pizza
Qazaxıstan Teleqraf Agentliyi “Kaztag” məlumatı təkzib edib: "Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil".
Avqustun 13-də Qazaxıstan Müdafiə Nazirliyi Ukraynadakı səfirlikdə Qazaxıstan hərbi attaşesinin köməkçisinin Polşada saxlanması ilə bağlı məlumatı təsdiqləyib.
Bundan başqa, nəqliyyat nazirinin müavini Satjan Ablaliyev Qazaxıstanda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. O, 2023-cü ilin oktyabr ayından nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.
İyun ayında Qazaxıstan məhkəməsi keçmiş ədliyyə naziri Marat Beketayevi dələduzluq, xüsusilə külli miqdarda mənimsəmə və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Qazaxstanda xeyriyyə fondu vasitəsilə 6 milyon dolların oğurlanması ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərin mühakimə olunacağı daha əvvəl bildirilmişdi.
Telegram kanalımız