Çindən “X virusu” ilə bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Çindən “X virusu” ilə bağlı xəbərdarlıq

Dünya

04 Oktyabr 2021 21:57 974


Şübhəsiz ki, planetimiz gələcəkdə yeni bir virusla qarşılaşacaq.

Yenisabah.az xəbər verir ki, bunu Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Gao Fu, “Cəmiyyətdə Elm və Texnologiya” üzrə beynəlxalq forumda deyib.

Onun sözlərinə görə, bu gün dünya təkcə koronavirus infeksiyası pandemiyası ilə deyil, həm də müvafiq məlumatlar və dezinformasiyaların bir-birinə qarışdığı “infodemiya” ilə üz-üzədir. pizza mizza

Alim dünyanın gələcəkdə xüsusiyyətləri heç kimə məlum olmayan “X virusu” ilə qarşılaşacağına əminliyini ifadə edib. Onun sözlərinə görə bu, hər yerdə və hər an baş verə bilər.

Gao Fu yeni virusa qarşı tədbirlər hazırlamaq üçün qarşılıqlı əlaqə prinsipini irəli sürüb.

“İnsanlığın gələcəyi üçün problemi birlikdə həll etmək lazımdır. Bununla əlaqədar olaraq “dörd “C” prinsipi”ni təklif edirəm: əməkdaşlıq (cooperation), rəqabət (competition), ünsiyyət, yaxud informasiya mübadiləsi (communication) və nəhayət koordinasiya (coordination)”, - deyə CDC rəhbəri vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!