Meyrivona Roxa Moraeş adlı 37 yaşlı braziliyalı qadın anasının cır-cındırdan hazırladığı kuklaya ilk baxışdan aşiq olub.
Yenisabah.az xəbər verir ki, qadın "kişi" gəlinciklə evləndiyini və bu evlilikdən uşaq dünyaya gətirdiyini iddia edib.
Meyrivona Roxa Moraeş əvvəllər tez-tez anasına subaylığından şikayət edirdi. Anası ona cır-cındırdan kukla düzəltməyə qərar verib. Meyrivona 250 nəfərin qatıldığı toy mərasimi ilə kuklayla evlənib. Marqarita pizza
"Sonra ərim Marselo ilə toy gecəsinə getdim və toy gecəmizdən çox həzz aldıq. O, mənimlə dalaşmır, mübahisə etmir və sadəcə məni başa düşür. Marselo gözəl və sadiq ərdir. O, çox yaxşı insandır və bütün qadınlar onu sevir. Qısqancdır.
Onun çox gözəl xüsusiyyətləri var, amma yeganə mənfi cəhəti tənbəl olmasıdır. Heç işləmir", - deyə 37 yaşlı qadın vurğulayıb.
Yeni "evlənənlər" Rio-de-Janeyrodakı çimərlik evində bir həftəlik bal ayı keçiriblər.
İndi cütlüyün "Marselinyo" adlı "övladı" var.
Telegram kanalımız