Noyabrın 13-də ATV kanalında yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Xalq yazıçısı Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırması böyük ajiotaj yaratdı.
TV efirində bu cür ifadələr səsləndirilməsini təhqir kimi qiymətləndirən Xalq yazıçısı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Yenisabah.az xəbər verir ki, bundan sonra da ürəyi soyumayan Ç.Abdullayev sosial şəbəkə hesabında dünyanın müxtəlif dillərinə tərcümə edilmiş əsərlərini paylaşaraq onlara “Azərbaycan zibili Fransada, Estoniyada, Latviyada”, “Azərbaycanın Türkiyədəki zibilləri”, “Azərbaycan zibili ingilis dilində” –, kimi ironiya ilə qeydlər yazıb. pizza mizza
Xalq yazıçısı bir müddət sonra paylaşımlarını saxlasa da, onlara yazdığı qeydləri bir-bir silib. Yazıçının bu paylaşımları sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb.
Əsmətxanım
Telegram kanalımız