Çingiz Aynişanla bir araya gəldi: Qadınlar sevmək üçün yaradılıb   - Video

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Aynişanla bir araya gəldi: Qadınlar sevmək üçün yaradılıb - Video

Şou

11 Mart 2021 11:22 2181


“Eurovision - 2019” iştirakçımız Çingiz Mustafayev yeni klipini təqdim edib.

Yenisabah.az xəbər verir ki, müğənni "Dəyməz" adlı mahnısını ekranlaşdırıb.

Klipdə onunla yanaşı Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva da çəkilib. Blogerlə işbirliyi edən Çingiz sosial şəbəkə hesabından ona təşəkkür edib: Sezar pizza

“Qadınlar üçün edilə biləcək üç şey vardır. Onu sevmək, onun üçün əzab çəkmək və ya onu ədəbiyyata çevirmək. Qadınlar sevmək üçün yaradılmışdır. Qadınlar elə bir mövzudur ki, onu nə qədər incələyib, analiz etsən də hər zaman yenidir. Qadınlar haqqında nə qədər kitablar yazılsa, mahnılar bəstələnsə, filmlər çəkilsə də əbəsdir. Qadın sonsuz bir dünyadır! Bir sənətçi kimi mənim sizlər üçün ən gözəl hədiyyəm yeni mahnım olar deyə düşündüm. Sizlərə ağlamaq, üzülmək yaraşmır! Sizlərə xoşbəxt olmaq yaraşır! Sizlərə güclü olmaq yaraşır! Siz kişilər olmadan da öz ayaqlarınız üzərində durmağı, əl çatmaz görünən məqsədlərinizi fəth etməyi bacara bilərsiniz, bacarırsınız. Simanızdan heç bir zaman təbəssüm, həyatınızdan heç bir zaman uğur, xoşbəxtçilik əksik olmasın. Bu dəfə klip çəkilişini öz dostuma həvalə etdim. Klipdə öz aktrisalıq bacarıqlarını sərgiləyən, klipimizə rəng qatan dostum Aynişana təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bəstənin sözləri və musiqisi sənətçinin özünə, aranjemanı isə Farid Ağaya məxsusdur.

Sözügedən klipi təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!