Çingiz Qənizadə: “Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Qənizadə: “Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır”

Siyasət

17 May 2025 11:07 261


"Sovet Sosialist Respublikası Azərbaycan Xalq Cümhuriyyətini hakimiyyətdən devirən və o dövrdə formalaşmaqda olan dövlətimizin müstəqilliyini təmin edən şəxslərin hamısını təqib edən, məhv edən bir rejim idi".

Bu fikirləri Baku TV-nin "Aktual Gündəm" verilişində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə səsləndirib.

"O rejimin rəhbərliyində təmsil olunanların əksəriyyəti, söz sahibi olanların isə demək olar ki, hamısı ermənilər idilər və onlar birbaşa Moskvadan təyin olunmuşdular. Ermənilərin əli ilə Azərbaycanda saysız-hesabsız faciələr törədilirdi. Məhz həmin rejim bizim Hüseyn Cavidimizi, Mikayıl Müşfiqimizi və minlərlə digər ziyalımızı məhv etdi. Dominos pizza

Bu gün Azərbaycanın qarşısında yalnız bir yol var - müstəqil yol. Bu yol Türk Dövlətləri Təşkilatı içərisindən keçir. Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır", - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!