Çinin paytaxtı Pekində tibbi maskadan istifadə ilə bağlı qoyulan məhdudiyyət aradan qalxıb.
Yenisabah.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu addım koronavirus infeksiyasına yoluxma hallarının azalmasına görə atılıb.
Qərarı yerli hakimiyyət orqanları qəbul edib. Buna səbəb şəhərdə son 13 gün ərzində koronavirusa yoluxma halının qeydə alınmaması olub. Lakin sakinlərin böyük hissəsi yenə də maska taxmaqda davam edir. Onlar maskalarının olmaması səbəbindən qınaq obyektinə çevrilməkdən qorxurlar. pizza sifarişi
Qeyd edək ki, artıq ikinci dəfədir ki, Pekində məcburi maska taxmaq tələbi aradan qaldırılır. İlk dəfə belə bir qərar aprel ayında qəbul edilmişdi, lakin iyun ayında yoluxmanın artması bu məhdudiyyətin geri qaytarılmasına gətirib çıxarmışdı.
Telegram kanalımız