Çiskin, yağış, şaxta... - Sabahın havası

saytların hazırlanması

Evə çatdırılma

Çiskin, yağış, şaxta... - Sabahın havası

Sosial

23 Noyabr 2019 10:21 839


Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

ETSN-dən "Yeni Sabah"a verilən məlumata görə, səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Dominos pizza

Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8°  isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 80-90 % olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında  arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz  5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!