Küçəyə çıxan yaşlıları təhqir edən türkiyəli blogger Kerimcan Durmaz məhkəməyə verilib.
Yenisabah.az xəbər verir ki, vəkil Serdar Öktem onunla bağlı məhkəməyə müraciət edib. Vəkil bloggerin yaşlıları təhqir etdiyini bildirib.
Qeyd edək ki, Kerimcan avtomobildə gedərkən qarşısına çıxan yaşlılara qışqırıb. K.Durmaz "Bu insanlar niyə küçədədir? Biri bunu mənə açıqlaya bilər? 65 yaşdan yuxarı minlərlə insan küçədə gəzir, onlar işləmir. Biri bunlara çarə tapsın. Artıq evə gedin demirəm, çıxın küçələrə, gəbərin! Biz gənclər həyata davam edək, siz də gəbərin bunu istəyirsiniz? Rədd olun, gəbərin, çıxın küçəyə" – deyə bildirib. pizza hut
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız