“Çiynimdə kartof daşıyıb pul qazanmışam” – Ədalət Şükürov + Video

saytların hazırlanması

Evə çatdırılma

“Çiynimdə kartof daşıyıb pul qazanmışam” – Ədalət Şükürov + Video

Şou

14 Aprel 2020 11:58 1495


Əməkdar artist Ədalət Şükürov qalmaqallı fikirləri barədə açıqlama verib. 

Yenisabah.az xəbər verir ki, müğənni sosial şəbəkələrdə onu insanlara yardım etmədiyinə görə qınayanlara sərt cavab verib:

"Utanıram o insanların yerinə. Sənin əlin-qolun var, kişisən. İş yoxdur bir az dözək. Dünyada heç kimin işi yoxdu. Deyirlər ki, xalqın pulunu yeyib. Mən heç kimin pulunu yeməmişəm. Deyirlər, keçmişini danır. Mən keçmişimi danmıram. Mən fəxr eləmişəm ki, belimdə kartof daşıyıb pul qazanmışam. O vaxt imkan yox idi, indi var. Kimə nə lazımdı köməklik etmişəm. Mənə ağıl öyrətmək lazım deyil! Mən sizin çoxunuzdan ağıllıyam. Hamı ağlayır. Pulu olan da, olmayan da" Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!