Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhləsinə start veriləcək.
Yenisabah.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri üz-üzə gələcək.
“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. pizza hut
Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.
Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
Telegram kanalımız