ÇL: Bu gün qrup mərhələsinə start veriləcək

saytların hazırlanması

Evə çatdırılma

ÇL: Bu gün qrup mərhələsinə start veriləcək

İdman

19 Sentyabr 2023 13:51 510


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Yenisabah.az xəbər verir ki, ilk olaraq E, F, G və H qruplarında I turun qarşılaşmaları baş tutacaq.

Günün maraqla gözlənilən oyunu Fransada keçiriləcək. PSJ doğma azarkeşlər önündə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. Marqarita pizza

Son çempion "Mançester Siti" İngiltərədə Serbiyanın "Srvena Zvezda" komandasını sınağa çəkəcək.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

E qrupu

23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)

23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)

F qrupu

20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu

20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

H qrupu

23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya)

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!