ÇL-də ilk iki yarımfinalçı müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

ÇL-də ilk iki yarımfinalçı müəyyənləşdi

İdman

19 Aprel 2023 01:20 825


Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

Yenisabah.az xəbər verir ki, bununla da yarımfinalın ilk iki iştirakçısı müəyyənləşib.

“Real” (İspaniya) “Çelsi”nin (İngiltərə) qonağı olub və 2:0 hesablı qələbə qazanıb. İlk matçda da eyni hesabla qalib gələn Madrid təmsilçisi yarımfinala yüksəlib. Pepperoni pizza

Digər görüşdə İtaliya komandaları üz-üzə gəliblər. “Napoli” “Milan”ı qəbul edib. İlk oyunda  1:0 hesablı qələbə qazanan "Milan" cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü sabah keçiriləcək.

Çempionlar Liqası, 1/4 final mərhələsi

Cavab oyunları

18 aprel

23:00. “Çelsi” (İngiltərə) – “Real” (İspaniya) - 0:2

Qolar:  Rodriqo, 58, 80

Baş hakim: Daniel Orsato (İtaliya)

London, “Stemford Bric”

İlk oyun – 0:2

23:00. “Napoli” (İtaliya) – “Milan” (İtaliya) - 1:1

Qollar: Osimhen, 90+3 - Jiru, 43 

Baş hakim: Şimon Marçinyak (Polşa)

Neapol, “Dieqo Maradona” stadionu

İlk oyun – 0:1


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!