ÇL: “Qarabağ” növbəti mərhələdə

saytların hazırlanması

Evə çatdırılma

ÇL: “Qarabağ” növbəti mərhələdə

İdman

30 İyul 2025 21:59 535


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti mərhələyə yüksəlib.

Yenisabah.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qol 44-cü dəqiqədə vurulub. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib. pizza sifarişi

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “Qarabağ” rəqibini darmdağın etmişdi - 3:0.

İki görüşün nəticəsinə görə “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Bu mərhələdə komandamızın rəqibi “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!