ÇL: “Real Madrid” “Çelsi”yə, “Milan” “Napoli”yə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

ÇL: “Real Madrid” “Çelsi”yə, “Milan” “Napoli”yə qalib gəldi

İdman

13 Aprel 2023 00:59 961


UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçirilib.

Turnirin son qalibi "Real Madrid" doğma meydanda "Çelsi"ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Sezar pizza

Digər oyun isə İtaliya klubları "Milan" və "Napoli" arasında baş tutub. Oyunun taleyini 1 qol həll edib. "Milan" cavab görüşünə minimal hesablı qələbə ilə çıxacaq - 1:0.

Cavab oyunları aprelin 18-də olacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

12 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:0

Qollar: Kərim Benzema, 22. Marko Asensio, 74

Qırmızı vərəqə: Ben Çiluell, 59 ("Çelsi")

Baş hakim: Fransua Leteksye (Fransa)

Madrid, "Santyaqo Bernabeu" stadionu

 

23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya) - 1:0

Qol: İsmael Bennaser, 40

Qırmızı vərəqə: Andre Zambo-Angissa ("Napoli")

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Milan, "San Siro" stadionu

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!