"Çocuklar duymasın" serialının Əminəsi aktrisa Melek Şahin yeni imici ilə hər kəsi təəccübləndirib.
Yenisabah.az xəbər verir ki, aktrisa küçədə onu insanların tanımadığını deyib:
"Məni tanımırlar. Bundan narahat olmuram. İnsanlar yaxınlaşıb "sizi haradansa tanıyırıq" deyirlər. Məni serialdakı kimi ağıllarında saxlayıblar". pizza sifarişi
Sənətçi 18 ildən sonra başa çatan “Çocuklar duymasın serialından söz açıb.
O, ekran işində yer alanların hələ də bir-biri ilə görüşdüyünü bildirib:
“Əlaqəmiz heç kəsilmədi, arada görüşürük. Bir obrazı uzun müddət oynayanda üzərinə yapışır. Rejissorlar da sənə başqa rol verməyə risk etmir. Bundan mən də əziyyət çəkdim".
Telegram kanalımız