"Keçən həftəyə qədər normal qaydada məşq edirdik. Sonra çempionat və məşqlər dayandı. Hazırda evdə məşq edirik”.
Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Markos Madera “Elcomercio” nəşrinə açıqlamasında deyib.
İspaniyalı yarımmüdafiəçi Azərbaycanda koronavirusla bağlı vəziyyət haqqında danışıb: Marqarita pizza
"Çölə çıxmaqda heç bir problem yoxdur. Ticarət mərkəzləri və restoranları yalnız saat 9-dək açıqdır. Bir çox yerlərə girməzdən öncə isə sizin hərarətinizi ölçürlər".
Qeyd edək ki, 35 yaşlı futbolçu 2015-ci ildən “Qarabağ”da çıxış edir.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirus pandemiyasına görə aprelin 14-dək təxirə salınıb.
Telegram kanalımız