İngiltərənin baş naziri Boris Consonun baş məsləhətçisi Dominik Kamminqs karantin qaydalarını pozduqdan sonra açıqlama verərək peşman olmadığını deyib.
Yenisabah.az xəbər verir ki, Consonun məsləhətçisinin tərəfini tutması çoxluq tərəfindən xoş qarşılanmayıb. Həmçinin buna reaksiya olaraq nazir Duqlas Ross da istefa verib.
Bildirək ki, kütlə Consonun mövcud vəziyyətlə bağlı səssiz qalmasını xoş qarşılamayıb: "Baş nazir karantin qaydalarını ciddi şəkildə pozan adamına üzsüzcə dəstək verib. Bütün milləti maraqlandıran sual odur ki, bunlar hansı planetdə yaşayırlar? Nazir hər xudbin şəxsə xalqın sağlamlığı ilə oynamaq icazəsi verir". Dördpendirli pizza
Telegram kanalımız